6716f4a7 ac01 33aa 9a4c 9dc996a0f819 850

Rusiya bazarında Rusiya dövlət standartlarına və qanunvericiliyinə uyğun gəlməyən erməni konyaklarının payı artaraq 85 faizə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə Alkoqol və Alkoqollu İçki İstehsalçıları İttifaqı və Beynəlxalq “Anti-Saxta” Assosiasiyası məlumat yayıb.

“Soyuzkonyak” və “Anti-Counterfeit” şirkətlərinin araşdırmasına görə, bəzi erməni istehsalçıları Rusiya bazarına çıxarılan konyaklara dadlandırıcı əlavə edir, digər 50 faizi isə tərkibində üzüm olmayan spirtdən yararlanır. Mütəxəssislərin qeyd etdiyi kimi, bu cür məhsulları konyak adlandırmaq olmaz.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: