rusiya ermenistan 900x551 1

Rusiya Ermənistandan balıq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, aşkarlanan pozuntular səbəbindən Ermənistan tərəfinə birbaşa yoxlamalarda iştirak edən “MF Export” MMC və “İnvest Plus” MMC istisna olmaqla, bütün balıq məhsulları üzrə sertifikatlaşdırmanı dayandırmaq tövsiyə olunub.

Xatırladaq ki, Rusiya mayın 30-dan etibarən Ermənistandan bəzi giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Bundan əlavə, iyunun 2-dən etibarən çəyirdəkli meyvələrin və üzümün də Rusiyaya idxalına qadağa qoyulub.

Ermənistan Baş naziri Nikol Paşinyan isə Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən məhsullarını ixrac edə bilməyən fermerlərin zərərlərinin dövlət tərəfindən kompensasiya ediləcəyini açıqlayıb.

O bildirib ki, ixrac üçün yaradılan “ədalətsiz maneələr” zamanı subsidiyalar ayrılacaq.

Bununla yanaşı, erməni istehsalçılarının bəzən keyfiyyətsiz məhsul istehsal etdiyini də etiraf edib. Bu proses fonunda Avropa İttifaqı Ermənistana maliyyə dəstəyi göstərib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: