“Moskva Ermənistanı silahla təmin etmək öhdəliyinə ciddi yanaşır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24News” portalına müsahibəsində bildirib.
O bildirib ki, Rusiya silahların tədarükü ilə bağlı öhdəliklərinə çox ciddi yanaşır və tərəflər bu istiqamətdə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərirlər.
“Bəli, müəyyən obyektiv çətinliklər olub. Ancaq bu, siyasiləşmiş məsələ deyil. İndi aktiv təmaslar, qarşılıqlı əlaqələr var. Mövcud olan bütün müqavilələr növbəti iki ildə yerinə yetirilməlidir”, – deyə Kopırkin vurğulayıb.
Qeyd edək ki, daha öncə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2020-2024-cü illərdə Ermənistana silah tədarükü ilə bağlı sazişlərdə Rusiyanın payının 96 faizdən 10 faizə qədər azaldığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az