7 iyunda Ermənistanda keçiriləcək seçkilərlə bağlı maraqlı statistik məlumatlar müzakirə olunur.
Globalinfo.az xəbər verir ki, bu gün Rusiyadan Ermənistana ümumilikdə 30 aviareys həyata keçirilib. Məlumatlar Zvartnots hava limanının uçuş cədvəlinə əsaslanır.
Orta hesabla 180 sərnişin tutumuna malik təyyarələr nəzərə alındıqda, gündəlik sərnişin axınının təxminən 5-6 min nəfər olduğu ehtimal edilir.
Qeyd olunub ki, bu dinamika seçki gününədək davam edərsə və quru sərhədlərindən ölkəyə daxil olanlar da nəzərə alınarsa, Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının ölkəyə qayıtması mümkün görünür.
Müşahidəçilər bildirirlər ki, xaricdə yaşayan Ermənistan vətəndaşlarının ölkəyə dönüşü seçkilərdə iştirak səviyyəsinə təsir göstərə və hökumətin formalaşmasında mühüm rol oynaya bilər.
Tahir Turan
Globalinfo.az