1738852550 840b5edc 32e2 3c9a b68f 258547b0dae2 850

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AzərbaycanErmənistan arasında sülh prosesinə dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır:

AzərbaycanErmənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır” – deyə Zaxarova vurğulayıb.

O, Moskvanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, bunun isə bütün tərəflərin qarşılıqlı hörmət və konstruktiv dialoqu əsasında mümkün ola biləcəyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: