Rusiyadan Almaniyaya təhdid: Əgər bunu etsəniz…

Əgər Almaniya və ya digər Qərb ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərar qəbul etsələr, Moskva onlara qarşı analoji fəaliyyət haqqına sahib olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O, Almaniyanı özünə yeni problemlər axtarmamağa çağırıb:

“Tamamilə aydındır ki, Ukraynada baş verənlərə görə ödənişi Avropa dövlətləri etmiş olacaq. İlk növbədə isə bu işi Almaniya və Fransa edəcək”.

Volodin həmçinin bu addımın atılmasının digər güclərə də örnək olacağını və bütün dövlətlərin beynəlxalq hüquqa məhəl qoymamağa başlayacağını bildirib. O, Almaniyanı tarixinə yenidən baxmağa və ondan dərs çıxarmağa səsləyib.

Gülnar Səlimova
Globalinfo.az