77f36d89e8562be1c358a66be2c9d669 Untitled 1

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqınının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab göndərilməyib.

LeJ11lmrXVYTqcUk6yLeF5SkQSyDcC810DVyPJpa 640

Xatırladaq ki, bir müddət öncə “Ögey ana” və “Fəryad” kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanmışdı. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildirmişdilər. Onlar eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulamışdılar.

Paylaş: