1754645014 rusiya 1

Ölkə xaricində yaşayan etnik ermənilər Ermənistan vətəndaşlığını çox asan alırlar.

Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan deyib.

“Əslində, Ermənistan erməni millətindən olan şəxslərə vətəndaşlıq almaq üçün heç bir tələb qoymur və mənim fikrimcə, bu, həll edilməli olan bir problemdir. Ermənistan vətəndaşlığına müraciət edənlərin əksəriyyəti Rusiyada yaşayan ermənilərdir.

2025-ci ildə onların sayı 32 mini keçib ki, bu da tarixi maksimumdur. Onlar bunu bir neçə Qərb ölkəsi ilə viza məhdudiyyətlərindən yayınmaq üçün edirlər”, – Kazaryan bildirib.

Paylaş: