
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarına məlumat yayıb.
Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Xatırladaq ki, Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra sərbəst buraxılıb.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.