Rusiyada telekanallara xaker hücumu: Priqojin danışır – VİDEO

Rusiyada telekanallara xaker hücumu olub.

Globalinfo.az xəbər verir ki, kanallar xakerlər tərəfindən sındırılıb və “Vaqner” rəhbəri Yevgeni Priqojinin müraciəti səsləndirilib.

Həmin səs yazısında Priqojin Rusiya hakimiyyətinin rüsvayçılığına son qoymağa və əhalini buna qarşı birləşməyə çağırış edir.

Moskvada rabitə şəbəkələri və internetlə də bağlı problemlər yaranıb.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.