owl detail 620 b41bef0f0ab5b32be32a7b903da74e9a

Avqustun 6-sı səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya hücum cəhdi olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Podolsk vilayəti ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən pilotsuz təyyarə vurulub. Nəticədə itki və dağıntı olmayıb.

Qeyd edək ki, bir qədər öncə Moskvanın Vnukovo aeroportunda təhlükəı xəbərdarlığı səbəbilə hava məkanının bağlandığı bildirilmişdi.

Tahir Turan
Globalinfo.az 

Paylaş: