Dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayev əvvəllər altı dəfə öz statusundan məhrum edilib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin vəkillər reyestrindən bildirilib.
Elman Paşayev vəkil kimi altı dəfə – Krasnodar diyarında, Moskvada iki dəfə, Yamalo-Nenets Muxtar Dairəsində və Şimali Osetiyada iki dəfə qeydiyyatdan keçib. Bütün regionlarda onun vəsiqəsinin fəaliyyəti dayandırılıb.
Hazırda vəkilin qüvvədə olan statusu yoxdur.
Qeyd edək ki, Paşayevə qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə iri miqyasda dələduzluq) ilə cinayət işi açılıb. O, Moskvada saxlanılıb.
***12:39
Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.
Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.
Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.
***09:03
Keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, saxlanılıb.
Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.
Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.
Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam etməkdədir.