Rusiyada sutka ərzində su basan evlərin sayı 18 minə çatdı

Rusiyada subasan yaşayış binalarının sayı bir sutka ərzində 1,7 min artaraq 18 minə çatıb.

Globalinfo.az xəbər verir ki, əsas artım yenidən Orenburq və Kurqan bölgələrində qeydə alınıb.

Məlumata görə, aprelin 18-də səhər saatlarında 210 yaşayış məntəqəsində və 175 bağçılıq icmasında 17 808 yaşayış evini yaz daşqınları basıb.

Bundan başqa, 32 593 təsərrüfat sahəsini su basıb ki, bu da ötən günlə müqayisədə 1 554 ədəd çoxdur. O cümlədən 95 aşağı sulu körpü və 77 yol sahəsi su altında qalıb.