Rusiyada səfərbərlik işləri üzrə şəhər idarəsinin rəis müavini güllələndi

Rusiyanın Krasnodar vilayətində səfərbərlik işləri üzrə şəhər idarəsinin rəis müavini Rjitski güllələnib.

Globalinfo.az xəbər verir ki, o, səhər saatlarında idman kompleksinin yaxınlığında güllələnib. Qatilin şəxsiyyəti hələ müəyyən edilməyib.

Yerli medianın məlumatına görə, Krasnodar sualtı qayığının komandiri olan Rjitski səhər tezdən yürüşə çıxıb. Hücum edən şəxs onu “Olimp” idman kompleksinin yaxınlığında gözləyirmiş, qatil sinəsinə və kürəyinə 4 dəfə atəş açıb, Rjitski yerindəcə ölüb.