Rusiyada qadın seçki qutusunu yararsız hala saldı – VİDEO

Rusiyanın paytaxtı Moskvada 20 yaşlı Alina adlı qız 100-ə yaxın bülleten olan seçki qutusuna “zelyonka” töküb. 

Globalinfo.az xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Gənc qız bununla seçki prosesi və Rusiya hökumətinə etirazını bildirib.

Onun 80 min rubl məbləğində cərimə olunacağı deyilir.

Ölkənin Voronej və Qaraçay-Çərkəz vilayətlərində də bənzər hadisə yaşanıb. Bəzi vətəndaşlar bülleten qutularına mürəkkəb və boya töküblər.

Qeyd edək ki, Rusiyada prezident seçkilərinə start verilib. Səsvermə martın 17-də başa çatacaq. Artıq beşinci dəfə namizədliyi irəli sürülmüş hazırkı prezident Vladimir Putin də daxil olmaqla, dövlət başçısı vəzifəsinə dörd namizəd mübarizə aparır.

Ayşən Mustafa
Globalinfo.az