Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.

Globalinfo.az bildirir ki, APA-nın Rusiyanın Mash teleqram kanalına istinadən verdiyi xəbərə görə, hadisəni törədən 25 yaşlı Ruslan Zinin hadisəni hərbi komissarlıqda törədib və saxlanılıb.

Onun hərbi komissar Aleksandr Yeliseyevə 6 dəfə atəş açdığı bildirilir.

Hərbi komissarın ağır vəziyyətdə olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilir.