Rusiyada qorxunc görüntülər: xeyli yaralı var – VİDEO

Saratov yaxınlığında kütləvi avtomobil qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, magistral yolda 25 avtomobil toqquşub. Qəzaya pis hava şəraiti və yolun buz bağlaması səbəb olub.

Məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələrdən biri kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Daha iki nəfərin xəstəxanaya aparıldığı bildirilib. Zərərçəkənlərin qalan hissəsində nisbətən yüngül zədələr qeydə alınıb.

R-228 magistralının hadisə baş verən hissəsində bütün avtomobillərin hərəkəti dayandırılıb.