Rusiyada qırıcı qəzaya uğradı: pilot öldü – YENİLƏNİB

Rusiyanın Belqorod vilayətinin Valuy şəhər dairəsində Müdafiə Nazirliyinin “Su-25” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Mash” yayıb.

Bildirilib ki, pilot katapult edərkən yaralanıb və aldığı xəsarətdən ölüb.

İlkin məlumata əsasən, qırıcı texniki cəhətdən nasaz olduğu üçün idaretməni itirib.

Hadisə ilə bağlı araşdırma davam edir.

***12:22

Rusiyanın Belqorod vilayətində Su-24 qırıcısı qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təyyarənin pilotu katapult edərək sağ qalıb.

Təyyarə yerə düşərək yanıb.