Rusiyada Putinin həbsi barədə qərar çıxaran hakimlərə iş açıldı

Rusiya İstintaq Komitəsi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru və hakimlərinə qarşı cinayət işinin başlandığını elan edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əhməd Xana, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Tomoko Akane, Rosario Salvatore Aitala və Serxio Xerardo Uqalde Qodinezə qarşı cinayət işi açıb.

Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə order verib.