Rusiyada poliqonda insident – Ölənlər var

Rusiyanın Arxangelsk vilayətində müqavilə əsasında xidmət edən hərbçi hərbi “Kamaz” avtomobilini digər əsgərlərin üzərinə sürüb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb.

Məlumata görə, insident Mirnıy şəhərinin yaxınlığında poliqonda baş verib. Belə ki, sözügedən 22 yaşlı hərbçinin idarə etdiyi “Kamaz” 20 nəfərdən ibarət bir qrup əsgərə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyi hələ ki bu barədə məlumatları təsdiq etməyib. Hazırda hadisənin səbəbləri araşdırılır.