Erməni general saxlanıldı

Ermənistanın keçmiş ədliyyə general-mayoru, sabiq deputat Mihran Poqosyan Moskvada saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

O, 1,3 milyon dollar məbləğində vergidən yayınmada ittiham edilir.

Nəşr onun Ermənistana ekstradisiyasının mümkün olduğunu yazır.

Qeyd edək ki, M.Poqosyan 2019-cu ildə Rusiya Federasiyasında tikinti şirkəti yaradıb.

Ayşən Mustafa
Globalinfo.az