Rusiyada kafedəki yanğında ölənlərin sayı 13-ə çatdı

Rusiyanın Kostroma şəhərində “Poliqon” adlı kafedə baş verən yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.

İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: “Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”.

Fişəngi atan şəxs axtarışa verilib.