Evgenij Kiselev

Rusiyada jurnalist Yevgeni Kiselyov barəsində qiyabi həbs qərarı verilib və onun haqqında beynəlxalq axtarış elan edilib.

Globalinfo.az xəbər verir ki, bu, məhkəmə materiallarından məlum olub.

Məhkəmənin qərarına əsasən, Kiselyov Rusiyada saxlanılan və ya ekstradisiya olunan andan etibarən iki ay müddətində həbsdə qalmalıdır.

Sənədlərdə göstərilir ki, jurnalist 2025-ci ilin oktyabr ayından bəri beynəlxalq axtarışdadır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: