Rusiyada hərbi hissədə güclü yanğın başladı – VİDEO

Rusiyada hərbi hissədə güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, yanğın hadisəsi Stavropol diyarında yerləşən Georgiyevsk şəhərində hərbi hissə ərazisində baş verib.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib ki, köməkçi tikilidə başlayan yanğın artıq söndürülüb.

“Xəsarət alan olmayıb. Hadisə ilə bağlı bütün lazımi tədbirlər görülür”, – deyə Vladimirov bildirib.

Hadisə barədə danışan şəhər dairəsinin rəhbəri Andrey Zaitsev isə qeyd edib ki, ilkin ehtimala görə yanğına kəskin isti hava şəraiti səbəb olub:

“Lakin yanğının siqaret kötüyündən çıxması da ehtimal edilir. Hadisə nəticəsində 300 kvadratmetr sahədə geyim anbarı yanıb”.

Globalinfo.az