Rusiyanın Komi Respublikasında sərnişin daşıyan “Mi-8T” tipli helikopterin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İdarədən bildirilib ki, helikopterin göyərtəsində ümumilikdə 24 nəfər olub və onlardan 10-u yaralanıb.
Hadisə yerində Usinsk yanğın-xilasetmə qarnizonunun bölmələri fəaliyyət göstərir. Baş verən hadisənin səbəbləri araşdırılır.
Helikopterin növbəli işçiləri Nenets Muxtar Dairəsinə çatdırmalı olduğu qeyd edilir.
Əliyar Xəlil
Globalinfo.az