Rusiyada güclü zəlzələ oldu

Bu gün Sakit okeanda Kamçatka yaxınlığında (Rusiya) 6,1 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi özünün “Telegram” kanalında bildirib.

Məlumata görə, fevralın 25-də yerli vaxtla saat 18:25-də 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 170 km aralıda, ocağı 64 km dərinlikdə yerləşib.

Seysmik hadisənin Kamçatka yaşayış məntəqələrində hiss edilib-edilmədiyi dəqiqləşdirilir. Sunami xəbərdarlığı verilməyib.