Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka regionunda 6,9 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında və Elizovski bələdiyyəsində binalara baxış keçirirlər.