Rusiyada güclü partlayış: sakinlər təxliyə edildi – VİDEO

Rusiyanın Tobolsk şəhərində beşmərtəbəli binada qaz partlayışı olub.

Globalinfo.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər yaralanıb.

Bildirilir ki, evin bütün sakinləri təxliyə edilib.

Yanğının söndürülməsinə 56 nəfər canlı qüvvə və 17 texnika cəlb olunub.

Tobolsk rəhbəri hadisə yerinə gəlib və hazırda 320 nəfərin müvəqqəti olaraq harada yerləşdiriləcəyinə qərar verir.