İlginc: Döyüş bölgəsindən çıxarılan ruslara görün nə göndərildi – FOTO

ukrayna artilleriya

Rusiyanın Vladimir şəhərində döyüş zonasından sağ çıxan sakinlərə tualet kağızı göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Gənclər Dumasının üzvləri məlumat yayıb.

Fəallar sakinlər üçün zəruri vasitələr – gigiyena dəstləri: sabun, diş pastası və diş fırçaları, tualet kağızı, yaş və quru salfetlər, eləcə də digər məişət əşyaları toplayıblar. Toplanan humanitar yardım Vladimir vilayətinin Kirjaç rayonundakı müvəqqəti yaşayış məntəqələrinə göndərilib.

Lakin bunların arasında ən çox tualet kağızı ilə bağlı detal diqqət çəkib. Belə ki, toplanan məhsulların paylanılmasında iştirak edən gənclər tualet kağızlarını əllərində tutaraq foto çəkdiriblər. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

ae6b3828 3c23 49d6 b320 bb616c9a2627 52aaacf2 09d6 43f4 8958 a7f86944850f

Safura Bənnayeva
Globalinfo.az