Rusiyada anbara zərbə: Kim Çenin raketləri məhv edildi

Ukrayna Təhlükəsizlik Xidmətinin PUA-ları Rusiya Federasiyasının Voronej vilayətinin Soldatskoye şəhərində sursat anbarına hücum edib. Hansı ki, Şimali Koreya raketləri burada saxlanılırdı.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

Onun sözlərinə görə, eyni aqibət İran raketlərini də gözləyir:

“Putinin Kim Çen İndən aldığı Koreya raketləri məhv edildi, İran raketləri də eyni aqibətlə üzləşəcək”, – Kovalenko bildirib.