Rusiyada 50-yə yaxın azərbaycanlı SAXLANILDI

 

1751269401 1751106726 685eea5513dd5685eea5513dd61751050837685eea5513dd3685eea5513dd4

Bu gün Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı 50-yə yaxın azərbaycanlı saxlanılıb.

Globalinfo.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanılmalar əsasən “Baku Plaza” və ətraf ərazilərdə baş verib.

Mənbələrin məlumatına görə, əməliyyat genişmiqyaslı yoxlamalar və sənəd araşdırmaları çərçivəsində aparılıb. İllər öncə baş vermiş qətl hadisəsində təqsirli bilinir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Saxlanılan azərbaycanlıların dəqiq sayı və kimlikləri barədə rəsmi açıqlama verilməyib.

Tahir Turan
Globalinfo.az