NATO ölkələrində yerləşən xarici agentlərin təqdimatı ilə internetdə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstan xarici işlər nazirliklərinin nümayəndələri ilə versiyalar hazırlamaq barədə danışıqlar apardığını iddia edən yalan məlumat yayılır.

Globalinfo.az Axar.az-a xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı adıçəkilən ölkələrin xarici siyasət idarələri ilə heç bir danışıqlar aparılmayıb:

“Qəzanın səbəblərinin araşdırılması müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsan faciəsi üzərindən piar cəhdlərini ləyaqətsizlik və qəbuledilməz hesab edirik”.

Paylaş: