Biz İrəvanın KTMT missiyasının göndərilməsi istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduğunu müşahidə edirik.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.
“Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, – bəyanatda vurğulanıb.