Rusiyadan Əsədov-Paşinyan görüşünə reaksiya

“Gərginliyin azaldılması istiqamətində atılan addımları alqışlayırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyan  arasında Tbilisidə keçirilən görüş haqda deyib.

“Bununla yanaşı, Moskva əmindir ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əsas yol xəritəsi olaraq qalır. Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş təşkil etməyə hazırdır”, – Zaxarova bildirib.

Ayşən Mustafa
Globalinfo.az