nocomment 05b0a204edeedb3069c77b7d7fa1d9e6 h08lcsp629trzqefmu5b e1710232572121

Yanvarın 5-də Ukrayna Silahlı Qüvvələrinin Belqorod bölgəsində həyata keçirdiyi hava hücumları nəticəsində iki mülki şəxs ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.

Qladkov bildirib ki, Qraivoron rayonunun Novostroyevka-Pervaya kəndində dron hücumu nəticəsində bir kişi həlak olub. İkinci ölüm hadisəsi isə Belyanka kəndində baş verib.

Ukraynaya məxsus pilotsuz təyyarə şəxsi evə zərbə endirib və nəticədə başqa bir kişi hadisə yerində ölüb.

Tahir Turan
Globalinfo.az

Paylaş: