AA 20250602 38162580 38162578 ISTANBUL BARIS MUZAKERELERI RUSYAUKRAYNA SAVASINI SONLANDIRMAYI HEDEFLEYEN TURKIYERUSYAUKRAYNA UCLU TOPLANTISI BASLADI scaled
Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlarda yeni əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerov məlumat verib.

“Biz mübadilə ilə bağlı razılaşdıq. Tezliklə detalları açıqlayacağıq”, – deyə o bildirib.

Umerovun sözlərinə görə, mübadilə prosesi əsasən ağır yaralıların, xəstələrin, gənclərin, həmçinin həlak olanların cəsədlərinin geri qaytarılmasına yönəldiləcək.

“Detalları və əlavə məlumatı bir az sonra təqdim edəcəyik”, – deyə nazir jurnalistlərin suallarını cavablandırmadan ərazidən uzaqlaşıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: