Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına və mümkün kompromislərə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi qeyd edib ki, Rusiya nümayəndə heyətində bütün maraqlı qurumların nümayəndələri və rəhbər heyəti təmsil olunur.
O, danışıqların nə vaxt başlayacağı sualını cavabsız qoyub.
***17:34
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlaması ilə bağlı yayılan xəbərlər doğru deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Axar.az TASS-a istinadən bildirir ki, İstanbuldakı Rusiya nümayəndə heyəti yaxın vaxtlarda mətbuata açıqlama ilə çıxış edəcək.
***16:50
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş Dolmabahçe sarayında keçirilir.
Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.