Rusiya və Ukrayna arasında sabah növbəti əsir mübadiləsi olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Vladimir Putin telefon danışığı zamanı ABŞ Prezidenti Donald Trampı məlumatlandırıb ki, martın 19-da Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutacaq. Hər iki tərəf 175 əsiri azad edəcək”, – məlumatda deyilir.
Aysel Əliyeva
Globalinfo.az