“Rusiya ilə mübadilə nəticəsində 1000 nəfərin meyiti Ukraynaya qaytarılıb”.
Globalinfo.az xəbər veriir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Bildirilib ki, zəruri ekspertizalardan sonra meyitlərin kimərə məxsus olması müəyyənləşdiriləcək.
***16:21
“Rusiya öz silahlı qüvvələrinin 24 hərbçisinin cəsədini geri qaytarıb, Kiyev isə 1000 Ukrayna hərbçisinin cəsədini qəbul edib”.
Globalinfo.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda”nın müharibə müxbiri Aleksandr Kots açıqlayıb.
“Daha bir cəsədin dəyişdirilməsi baş tutdu – 1000-in 24-ə! Sentyabrın 18-də biz daha 1000 Ukrayna əsgərinin cəsədini təhvil verdik. Onlar 24 həlak olmuş qəhrəmanı bizə qaytardılar”, – o, yazıb.