Rusiya və Finlandiya arasında gərginlik: Mühüm saziş ləğv edildi

Rusiya Finlandiya ilə sərhədyanı əməkdaşlığa dair sazişdən çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, rəsmi Moskva Rusiya və Finlandiya arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişin fəaliyyətini dayandırır. Rusiya bu sazişi 2012-ci il aprelin 13-də Helsinkidə imzalayıb.

Rusiya diplomatik departamenti Finlandiyanın səfiri Antti Helanteraya 2023-cü ilin oktyabrında sənədin ləğvi ilə bağlı nota təqdim edib. Müqavilənin ləğvinə səbəb Skandinaviya ölkəsinin hakimiyyət orqanlarının Rusiya ilə qeyri-adekvat rəftarıdır. Finlandiya da müqaviləni öz tərəfindən ləğv etdiyini açıqlayıb.

İndi Helsinkinin təşəbbüsü ilə Rusiya ilə Finlandiya arasında bütün keçid məntəqələri bağlanıb. Ölkə 2023-cü ilin payızında axını intensivləşən qeyri-qanuni miqrantları belə kənarda saxlamağa çalışır. Finlandiya paytaxtının rusdilli sakinləri sərhədlərin bağlanmasına qarşı çıxıblar və mitinq keçirərək hakimiyyətdən problemin daha çevik həllini tapmağı tələb ediblər.

Əliyar Xəlil,

Globalinfo.az