Putin Rusiya və Belarus arasında vahid enerji bazarının yaradılması haqqında fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Putin bildirib ki, ümumi enerji bazarı Moskva ilə Minsk arasındakı münasibətlərin əsas məsələlərindən biridir.

Danışıqların aparılması Rusiyanın Energetika Nazirliyinə həvalə edilib. Departamentə həmçinin Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq prinsipsiz düzəlişlər etmək hüququ verilir.

Qeyd edək ki, ümumi enerji bazarının  yaradılması xüsusilə Rusiya prezidenti Vladimir Putinin bu ilin mayında Belarusa səfəri zamanı müzakirə olunub. İlkin olaraq ümumi enerji bazarının işə salınması 2024-cü ilin əvvəlində planlaşdırılırdı. Lakin Putinin qeyd etdiyi kimi, Moskva ilə Minsk arasında bəzi fikir ayrılıqları qalmaqdadır.

Gələcəkdə bu layihənin Aİİ-nin ümumi elektrik enerjisi bazarının işi ilə sinxronlaşdırılması planlaşdırılır.

Belarus tərəfi saziş layihəsini 2023-cü il noyabrın sonunda təsdiqləyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: