Rusiya və Azərbaycan birgə istehsala başlayır

Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Sözügedən məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, VNİİKR Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.

Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.