Rusiya Ukraynaya “İskəndər” raketləri atdı: ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərinə “İsgəndər” raketləri ilə zərbə endirməsi nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.

Globalinfo.az bildirir ki, “Report” “24tv.ua”ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 52 sərnişin avtobusu yanıb.

Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.

V.Rezniçenko qeyd edib ki, Rusiya hərbçilərinin həmçinin şəhərin Nikopolsk rayonunu “Qrad” və ağır artilleriyadan atəşə tutması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.