Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukrayna ordusunun müharibə başlayandan bu günə qədərki itkiləri haqda məlumatı açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

O bildirib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 458 təyyarəsi, 246 helikopteri, 5761 PUA-sı, 431 zenit-raket kompleksi, 11 315 tank və digər zirehli texnikası, 1144 reaktiv yaylım atəş sistemi, 5893 artilleriya və minaatanı, 12 246 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.