Rusiyanın hava hücumundan müdafiə sistemləri saat yarım ərzində Kursk, Bryansk, Oryol, Belqorod vilayətləri və Krım üzərində Ukraynanın 41 pilotsuz təyyarəsini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 31-də Moskva vaxtı ilə saat 20:30-dan 22:00-a qədər Ukraynanın 20-si Kursk, 13-ü Bryansk, 4-ü Oryol, 3-ü Belqorod vilayəti və 1-i Krım Respublikası ərazisi üzərində uçan PUA-sı məhv edilib”, – məlumatda deyilir.