Bu gün səhər saatlarında Rusiya ordusu qanadlı raket və pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib.
Globalinfo.az xəbər verir ki, bütün ölkə ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq elan olunub.
Məlumata görə, Kiyev ətafında partlayış səsləri eşidilib.
TASS yazır ki, Kiyevin Julyanı aeroportu yaxınlığında iki güclü partlayış olub. Bundan sonra evlərdə elektrik enerjisi bir neçə saniyəlik kəsilib.
Bununla yanaşı, Odessa, Xarkov, Dnepropetrovsk, Krivoy Roq, Sumı, Vinnitsa və Lvovda da partlayışlar qeydə alınıb.