Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirdi, 25 nəfər öldü – YENİLƏNİB

 

Rusiya hərbi qüvvələrinin Zaporojyedə humanitar konvoya endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az bildirir ki,bu barədə Ukrayna Prezident Ofisindən bildiriblər.

Onun sözlərinə görə, ölənlərin sayı 25-ə, yaralı sayı isə 50-yə çatıb.

***

11:48

Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 13 nəfər ölüb, 28 nəfər yaralanıb.

Globalinfo.az bildirir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb.

O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınb.

O.Straux hücumu terror aktı adlandırıb.

Qubernator bildirib ki, sabah, oktyabrın 1-də bölgədə matəm elan olunacaq.