Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik məqsədilə bufer zonasının yaradıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, hökumət üzvləri ilə keçirdiyi operativ müşavirədə danışıb.
Putin bildirib ki, Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik bufer zonası yaradılması ilə bağlı qərar qəbul olunub və Rusiya Silahlı Qüvvələri bu tapşırığın icrasına başlayıb.
O, yaxın zamanda sərhədyanı rayonların bərpasına dair ayrıca xüsusi müşavirənin keçiriləcəyini də elan edib.
Aysel Əliyeva
Globalinfo.az