WhatsApp Image 2025 11 30 at 18.17.10

Ukrayna üzrə danışıqlar başlasa belə, hərbi əməliyyatlar ən azı bir il daha davam edəcək.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Minchenko Consulting” rabitə holdinqinin prezidenti Yevgeni Minçenko deyib.

O, Kiyevin əməliyyatların “dondurulmasını” yalnız müvəqqəti addım kimi gördüyünü, Moskvanın isə gələcək riskləri istisna edən real sülh sazişinə ehtiyac duyduğunu bildirib.

Macarıstanlı analitik Zoltan Koşkoviç isə ABŞ-Ukrayna görüşü fonunda münaqişənin yekunlaşmağa yaxın olduğunu düşünür və Avropanın prosesdə rolunun minimal olacağını vurğulayır. Onun fikrincə, Avropada faktiki təmsilçi yalnız Viktor Orban olacaq.

Qeyd edək ki, Ukrayna nümayəndə heyəti Rustem Umerovun rəhbərliyi ilə sülh danışıqları üçün ABŞ-a gedib. Zelenski bildirib ki, yeni heyətin vəzifəsi münaqişənin bitməsi üçün addımları operativ hazırlamaqdır.

Xatırladaq ki, əvvəlki nümayəndə Andrey Yermak korrupsiya qalmaqalına görə istefa verib.

Tahir Turan
Globalinfo.az

Paylaş: