Rusiya-Ukrayna danışıqları sonrası Trampa zəng: əgər Kreml hazır deyilsə…

photo 2025 05 16 17 50 36

Ukrayna Prezidenti və Avropa liderləri İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarından dərhal sonra ABŞ Prezidenti Donald Trampa zəng ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ liderinə görüşün nəticələri barədə məlumat verilib.

“Əgər Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən və ölümlərin dayandırılmasından imtina edirsə, yeni sanksiyalar tətbiq edilməlidir. Rusiya müharibəni bitirməyə hazır olmayınca təzyiqlər davam etdirilməlidir”, – Zelenski telefon danışığı zamanı deyib.

O, Kiyevin həqiqi sülh üçün maksimal sürətli addımlar atmağa hazır olduğunu da qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az